Banerlər
Xəbərlər

 

MİLLİ İNCƏSƏNƏT MUZEYİ BALACALARI “MUSİQİ XƏZİNƏSİ”NƏ DƏVƏT EDİR

Azərbaycan Milli İncəsənət Muzeyi doğma musiqimizi təbliğ etmək, tanıtmaq, yaşatmaq, eləcə də milli musiqi alətlərinə sevgi aşılamaq məqsədilə uşaqlar üçün sentyabr ayı boyunca “Musiqi xəzinəsi” adlı yeni layihə həyata keçirir.

Muzeydən bildirilib ki, uşaqlar proqram boyunca milli musiqi alətləri ilə tanış olacaq, korifey sənətkarların əsərlərini dinləyəcək, bir-birindən əyləncəli və maarifləndirici ustad dərslərində iştirak edəcəklər. Proqramda təqdim edilən ustad dərsləri balacaların musiqi duyumunun zənginləşməsinə, bədii zövq və yaradıcılıq təxəyyülünün inkişafına yardımçı olacaq.

Həmçinin balacalar Milli İncəsənət Muzeyinin iki tarixi binasını ziyarət edəcək. Ekspozisiyasını bəzəyən milli və dünya bədii irsini yaşadan incilərin sehrinə qərq olaraq keçmişimizə və müxtəlif ölkələrə möcüzəvi səyahət edəcəklər.

Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçmək tövsiyə olunur.

BAKI. 05.09.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8592
Rusiya rublu
0.0263
Hava proqnozu
+24°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010